Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Naxçıvanda yeni nazir təyin olundu
 
						Naxçıvanda yeni nazir təyin olundu
Əlavə olunub: 05.21.2025 | 10:58 | Baxılıb: 6159
Naxçıvan Muxtar Respublikasında (MR) yeni kənd təsərrüfatı naziri təyin edilib.

“sirin.az” Manset.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini, sədr vəzifəsini icra edən Bəxtiyar Məmmədov Əmr imzalayıb.

Əmrə əsasən, Rafael Quliyev Naxçıvanın kənd təsərrüfatı naziri vəzifəsinə təyinat alıb.

R. Quliyev bu təyinata qədər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Naxçıvan MR-in kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova idi. O, nazir müavini vəzifəsini icra etməyə davam edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.