Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Nəzakət Məmmədxanova məhkəmə zalında həbs edildi
 
						Nəzakət Məmmədxanova məhkəmə zalında həbs edildi
Əlavə olunub: 04.29.2025 | 13:44 | Baxılıb: 6367
“Premium Bank” ASC-nin sabiq filial müdiri Nəzakət Məmmədxanova həbs olunub.

“sirin.az"in məlumatına görə, o, bankdan 461 min manat mənimsəməkdə təqsirli bilinib.

Onunla birgə bankın baş xəzinədarı da eyni ittihamla mühakimə edilib. Təqsirləndirilən xanımlar ikisi də azadlıqda idi.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Nəzakət Məmmədxanova 7 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

Samirə Əliyevaya isə şərti cəza verilib.

Qeyd edək ki, cinayət hadisəsi “Premium Bank”ın 5 saylı filialında baş verib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.