Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Nişan mərasimində davaya görə 3 nəfər saxlanıldı - Video
 
						Nişan mərasimində davaya görə 3 nəfər saxlanıldı 
							 - Video
Əlavə olunub: 06.24.2025 | 12:26 | Baxılıb: 2393
Bakıda keçirilən nişan mərasimində mübahisə əlbəyaxa davaya çevirilib.

“sirin.az” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə iyunun 22-si gecə saatlarında Nizami rayonunda baş verib.

Mikayıl Əliyev küçəsindəki restoranların birində keçirilən nişan mərasimində hələ ki bilinməyən səbəbdən iki nəfər arasında mübahisə yaranıb. Daha sonra mübahisə küçədə davaya səbəb olub.

Hadisə nəticəsində restoranın qarşısında nəqliyyatın hərəkəti iflic olub. Polis əməkdaşları dərhal əraziyə cəlb olunaraq insidentin qarşısını alıblar.

Şadlıq evinin yaxınlığında dava edən 30, 37 və 41 yaşlarında olan şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər. Onların hər biri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görülüb. Belə ki, saxlanılan şəxslər barəsindəki protokola baxan Nizami Rayon Məhkəməsi onları cərimə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.