“sirin.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Mayın 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7200, 4840, 3995, 2000, 1000, 812, 152, 138, 84, 80 manat pul vəsaitləri ələ keçirilib.
Nazirlik bir daha vətəndaşları diqqətli olmağa çağırıb, bank kartının üzərindəki CVV, CVC və SMS vasitəsilə göndərilən OTP kodlarını başqasına verməməyi tövsiyə edib.