Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Övladı ilə yolu keçən ana dəhşət yaşadı - Video - Yenilənib
 
						Övladı ilə yolu keçən ana dəhşət yaşadı 
							 - Video - Yenilənib
Əlavə olunub: 06.19.2025 | 10:33 | Baxılıb: 5437
Dünən saat 16 radələrində paytaxtın Nəsimi rayonunda – Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində ağır yol qəzası baş verib.

“sirin.az” xəbər verir ki, gəldiyi sürətlə işıqforun qırmızı işığında yolu keçən “Daewoo Gentra” markalı avtomobil hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb.

Daha sonra isə qaydalara əməl edib piyada zolağından istifadə edən iki piyadadan birini vurub. Digər piyada isə qəzadan son anda xilas ola bilib. Onların ana-bala olduğu bildirilir.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi baş verən bu kimi hadisələrlə bağlı sürücülərə müraciət edib: “Bu istiqamətdə təbliğat və maarifləndirmə işləri aparılmasına baxmayaraq, təəssüflər olsun ki, bəzi sürücülər məsuliyyətsizlik edib bir neçə saniyə irəli düşməkdən ötrü başqalarının həyatını təhlükə altında qoyurlar.

Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, svetoforun qırmızı işığında dayanmaq - yalnız qanuni tələb yox, həm də insani məsuliyyətdir. Bu cür qayda pozuntusu piyada və digər sürücülərin həyatına son qoyur və ya onların xəsarət almaları ilə nəticələnir”.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 16:30 radələrində Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 20 yaşlı şəxsə (qadın cinsli) zəruri tibbi yardım göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Ona körpücük sümüyünün sınığı, baş-beyin silkələnməsi, döş qəfəsinin zədələnməsi diaqnozları təyin edilib.

Dərhal yaralıya zəruri tibbi xidmətlər göstərilib, instrumental-diaqnostik müayinələrdən keçirilib. Vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.