Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Parlamentin qarşısında taksi ilə skuter toqquşdu - Video-Yenilənib
 
						Parlamentin qarşısında taksi ilə skuter toqquşdu 
							 - Video-Yenilənib
Əlavə olunub: 06.20.2025 | 16:38 | Baxılıb: 3899
Bakıda ağır yol qəzası baş verib.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Baku.ws yayıb.

Bildirilib ki, Milli Məclisin qarşısında taksi ilə skuter sürən yeniyetmə toqquşub.

Şahidlərin sözlərinə görə, yeniyetmə hadisə yerində ölüb. Qeyd edilir ki, qəza törədən maşın taksi fəaliyyəti göstərirmiş. 

***

Əldə etdiyimiz məlumata görə, yeniyetmə ölməyib. Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

***

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Parlament prospektində sürücüsü yeniyetmə olan skuter və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hazırda qəza aidiyyəti qurumlar tərəfindən araşdırılır.

***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimovun “sirin.az”ya verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan 17 yaşlı şəxs dərhal xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırmalar aparılır, hadisəni törədən sürücü polis əməkdaşları tərəfindən müəyyən olunub və müvafiq tədbirlər görülür.

Hadisə yerindən kadrları təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.