Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Paytaxtın bu ərazisində qaz olmayacaq
 
						Paytaxtın bu ərazisində qaz olmayacaq
Əlavə olunub: 05.26.2025 | 18:10 | Baxılıb: 3820
Paytaxtın Yasamal rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “sirin.az”ya “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb. İşlərin yekunlaşdırılması məqsədi ilə 27.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə MİDA yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.