“sirin.az” xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası XIV Leo Həzrətlərinə ümvanladığı təbrik məktubunda yer alır.
Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılmasının dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan dövlət başçısı deyib: “İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir. Sizə möhkəm cansağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm”.