Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Putin Mişustini Baş nazir təyin etdi - Yenilənib
 
						Putin Mişustini Baş nazir təyin etdi 
							 - Yenilənib
Əlavə olunub: 05.10.2024 | 19:36 | Baxılıb: 3561
Rusiyanın Dövlət Duması bu gün keçirilən plenar iclasda Mixail Mişustinin ölkənin Baş naziri olaraq təsdiqlənməsinə səs verib.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, səsvermədə iştirak edən 432 deputatdan 375-i Mişustinin lehinə səs verib. 57 deputat bitərəf qalıb. Əleyhinə səs verən olmayıb.

Məlumata görə, Mişustinin bu vəzifəyə təyin edilməsi ilə bağlı müvafiq qərar  imzalanması üçün Rusiya Prezidenti Vladimir Putinə göndəriləcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin ölkənin Baş naziri postuna namizədliyini Dövlət Dumasına təqdim etmişdi.

***

Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş nazir postuna təyin edilməsi haqqında fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.