“sirin.az” xəbər verir ki, bunu Rusiya ordusunun hava hücumundan müdafiə diviziyasının komandiri Yuri Daşkin bildirib.
“Vladimir Putin mayın 20-də Kursk vilayətinə səfər edib. Rusiya Prezidentinin helikopterinin region ərazisi üzərində uçuşu zamanı Kursk vilayətində Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumlarının intensivliyi xeyli artıb, - Yuri Daşkin bildirib.
Daşkin qeyd edib ki, Rusiya hərbçiləri Ukraynaya məxsus PUA-nın hücumunu dəf edib: “Düşmənin pilotsuz təyyarələrinin hücumu dəf edilib, bütün hava hədəfləri məhv edilib”.