Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qaz pedalı ilə əyləci səhv saldı - Maşını “Araz”a girdi-Video
 
						Qaz pedalı ilə əyləci səhv saldı 
							 - Maşını “Araz”a girdi-Video
Əlavə olunub: 05.22.2025 | 13:12 | Baxılıb: 5954
Bu gün Abşeron rayonu Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

“sirin.az” xəbər verir ki, “Kia Rio” markalı avtomobil idarəetmədən çıxaraq “Saray” MTK binasının 1-ci mərtəbəsində yerləşən “Araz” marketə daxil olub.

Qəza zamanı xəsarət alan olmasa da, marketə və maşına ciddi ziyan dəyib.

“Sumqayıt24”ün məlumatına görə, qəzaya sürücünün qaz pedalı ilə əyləci səhv salması səbəb olub.

***

Baş DYP İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə bu gün saat 9:00-da baş verib: “Saray qəsəbəsi Heydər Əliyev prospektində hərəkətdə olan 01 CL 675 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Səriyyə Hüseynova idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı marketə çırpıb.

Qəza maddi zərərlə nəticələnib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır".

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.