Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qazananlar şəhid ailələri və kürd qardaşlarımdır” - Ərdoğan
 
						“Qazananlar şəhid ailələri və kürd qardaşlarımdır” 
							 - Ərdoğan
Əlavə olunub: 05.12.2025 | 20:33 | Baxılıb: 2739
“PKK-nın özünü ləğv etməsi ilə bağlı qəbul etdiyi qərarı millətimizin, qardaşlığımızın birliyi üçün mühim addım kimi qəbul edirik”.

“sirin.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib:

“Qardaşlığımıza batan xəncər əbədiyyən məhv olacaq. Kəşfiyyatımız və hökumətimiz verilən sözlərin tutulmasından əmin olmaq üçün bundan sonrakı prosesi yaxından izləyəcək.

Daha detallı məlumatı qarşıdakı günlərdə ictimaiyyətə çatdıracağıq. Bunu bildirmək istəyirəm ki, milliyyətindən asılı olmayaraq hamımız Türkiyə vətəndaşıyıq. Bundan sonra da belə olacaq. Bu qərarın ən çox qazananları şəhid ailələri və illərlə evindən, yurdundan olan kürd qardaşlarımdır. İqtidar olaraq 40 ildən artıq davam edən terrorizmi aradan qaldırmağımızda başda MHP lideri Devlet Bahçeli olmaqla hər kəsə təşəkkür edirəm”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.