Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qəfil qatarın qarşısına çıxdı, yaralandı
 
						Qəfil qatarın qarşısına çıxdı, yaralandı
Əlavə olunub: 05.24.2025 | 22:31 | Baxılıb: 2118
Bu gün axşam saatlarında Zabrat-2 - Sabunçu istiqamətində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər çıxıb.

“sirin.az” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. 

Ərazidəki əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb.

“ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”, - deyə qurumun məlumatında bildirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.