Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qətlə yetirilən 35 yaşlı Hafizənin - Fotosu
 
						Qətlə yetirilən 35 yaşlı Hafizənin 
							 - Fotosu
Əlavə olunub: 05.15.2025 | 09:56 | Baxılıb: 4231
Xəbər verdiyimiz kimi, mayın 13-ü Tərtərin Poladlı kəndində 35 yaşlı Hafizə Rzayeva qayınatası 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

“sirin.az"in məlumatına görə, hadisənin qısqanclıq zəminində törədilməsi ehtimal edilir.

Hadisə şahidlərinin sözlərinə görə, qətli törətməkdə şübhəli bilinən Ş. Hüseynov səhər saatlarında təkidlə oğlunun işə getməsini tələb edib. Bir müddətdən sonra isə oğluna zəng edərək törətdiyi hadisə barədə məlumat verib.

Qətlə yetirilən qadının yaxın müddətə qədər Ağdam-Bərdə yolu kənarında olan ticarət mərkəzində satıcı işlədiyi bildirilir. O, bir neçə gün öncə ailəsinin təkidi ilə işdən çıxıbmış.

Xəbəri rus dilində oxuyun: Захотел стать главврачом – потерял 250 000 AZN

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.

Qətlə yetirilən gənc qadının fotosunu təqdim edirik:

Ziya Əmirxanlı


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.