Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
 
						Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Əlavə olunub: 06.03.2025 | 10:12 | Baxılıb: 4241
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “sirin.az”ya verilən məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bir sıra ərazilərdə külək əsir, bəzi bölgələrdə yağış yağır. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Naftalanda 22, Gəncədə 18, Altıağacda 17, Şabran, Yevlax və Bərdədə 15 m/s-dək çatır.

Dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatır.

Düşən yağıntının miqdarı Daşkəsəndə 20, Gədəbəydə 9, Ağstafada 5, Şəmkirdə 4, Gəncədə 3, Naftalan, Zaqatala, Balakən, Göygöl və Tovuzda 1 mm-dir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.