Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qəzada həyatını itirən qazi imiş - Foto
 
						Qəzada həyatını itirən qazi imiş 
							 - Foto
Əlavə olunub: 05.21.2025 | 18:08 | Baxılıb: 3033
Ötən gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində baş vermiş ağır qəzada həyatını itirən şəxs Vətən müharibəsi iştirakçısı olub.

“sirin.az"in məlumatına görə, “Mercedes ML” markalı avtomobilin hərəkətdə olmayan “MAN” markalı yük maşınına çırpılması nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində aldığı xəsarətlərdən keçinib.

R.Ruslan Vətən müharibəsində iştirakına görə bir sıra medallarla təltif olunmuşdu.

Qeyd edək ki, qəza zamanı daha iki nəfər - Ramazan Həsənov və Samiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.