“sirin.az” DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, həmin avtomobilin işıqforun qadağanedici işarəsində hərəkəti davam etdirərək qəza törətdiyi və svetoforu yararsız vəziyyətə salması məlum olub:
“Paytaxtın Suraxanı rayonu, Cəlal Qurbanov və Etibar Bəkirli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Yolayrıcında olan işıqforun qırmızı işığında keçən minik avtomobili əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə piyada işıqforuna çırpılıb. Yararsız vəziyyətə düşən piyada işıqforun yenisi ilə əvəzlənməsi işləri görülür”.