“sirin.az” xəbər verir ki, Vətən müharibəsi qazisi olan Rəşad ağır xəsarətlər alıb.
Xəstəxanaya çatdırılan kişinin dalağı və kəllə sümüyünün bir hissəsi götürülüb.
TƏBİB-dən soğrumuza cavab olaraq bildirilib ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 17.05.2025-ci il tarixində saat 14:10 radələrində 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub: “Ona dalağın cırılması, müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi diaqnozları təyin edilib. Şəxs cərrahi əməliyyat olunub və onun dalağı xaric olunub. Vəziyyəti ağır qiymətləndirilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. Ailə üzvlərinin yazılı iltizamnaməsinə əsasən 18.05.2025-ci il tarixində saat 03:40 radələrində sözügedən şəxs özəl tibb müəssisəsinə təxliyə olunub”.
***
DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, hadisə mayın 17-də saat 14 radələrində Sumqayıt şəhər Səməd Vurğun küçəsində baş verib. 45 yaşlı R.Sadıqov idarə etdiyi “Range-Rover” markalı avtomobillə piyada R.Poladovu vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.