Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada Qələbə paradı keçirildi - Fotolar
 
						Rusiyada Qələbə paradı keçirildi 
							 - Fotolar
Əlavə olunub: 05.09.2024 | 12:03 | Baxılıb: 3662
Moskvanın Qırmızı Meydanında Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü şərəfinə hərbi parad keçirilir.

“sirin.az” xəbər verir ki, tədbir federal kanallar, o cümlədən “Rossiya 1” tərəfindən yayımlanır.

Paradda 9 mindən çox hərbçi iştirak edir. Onlardan 1000-dən çoxu Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın iştirakçılarıdır.

Tədbir dövlət və Qələbə bayrağının meydana gətirilməsi ilə başlayıb. Fəxri qarovul dəstəsinin nümayəndələri “Müqəddəs müharibə” mahnısının sədaları altında bayraqları daşıyıblar.

Parada Rusiya Quru Qoşunlarının baş komandanı Oleq Salyukov rəhbərlik edir.

Paradın başlamasına az qalmış ölkə prezidenti Vladimir Putin tribunaya çıxıb. Onunla birlikdə tədbirə Belarus, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Laos, Qvineya-Bisau və Kuba liderləri gəlib.

***

Rusiya paytaxtı Moskvadakı Qırmızı Meydanda keçirilən Qələbə paradı başa çatıb.






Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.