Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyalı iş adamı İrəvanda saxlanıldı
 
						Rusiyalı iş adamı İrəvanda saxlanıldı
Əlavə olunub: 06.17.2025 | 20:11 | Baxılıb: 2689
Rusiyalı iş adamı və xeyriyyəçi Samvel Karapetyan İrəvanda saxlanılıb.

“sirin.az” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Xəbərə görə, deputat Artur Hovhannisyan Ermənistan Milli Assambleyasında bildirib:

“Samvel Karapetyan, biz sizin məsələ ilə məşğul olacağıq”.

Bu ifadədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Karapetyanın evinə daxil olaraq onu saxlayıblar.

Qeyd edilir ki, hazırda biznesmenin Ulnetsi küçəsindəki mənzilində axtarış aparılır.

Xatırladaq ki, Samvel Karapetyan bu gün kilsəni müdafiə edən açıqlamalar edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.