Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sabah Bakının bir çox ərazisində qaz olmayacaq
 
						Sabah Bakının bir çox ərazisində qaz olmayacaq
Əlavə olunub: 05.14.2025 | 18:05 | Baxılıb: 7832
Paytaxtın Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində görüləcək təmir işlərilə əlaqədar mayın 15-i saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “sirin.az”ya “Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunub ki, bu səbəbdən müvafiq olaraq Ə.Əliyev, M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrində, eləcə də M.Ə.Rəsulzadə, Xutor, Biləcəri qəsəbələrinin və Hövsan “MİDA yaşayış kompleksi”nin, həmçinin Motodrom ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.