Abşeron rayonunu Masazır qəsəbəsi “Qurtuluş 93” ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar mayın 4-ü saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə “sirin.az”ya “Azəriqaz” İB-dən bildirilib.
Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" və "Park Xırdalan" yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.