Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sabahın havası - 35° isti
 
						Sabahın havası 
							 - 35° isti
Əlavə olunub: 06.19.2025 | 12:45 | Baxılıb: 1037
İyunun 20-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “sirin.az”ya verilən məlumta görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.