Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sabirabadda ölü körpə doğuldu - Yenilənib
 
						Sabirabadda ölü körpə doğuldu 
							 - Yenilənib
Əlavə olunub: 05.21.2025 | 10:16 | Baxılıb: 1155
Zərdab rayon sakini xəstəxanada ölü uşaq doğub.

“sirin.az” xəbər verir ki, Dəkkəoba kənd sakini Şikalə Lalə Rüstəm qızı mayın 19-da saat 17:00-da “hestasiya, 32 həftə, ölü döl” diaqnozu ilə Sabirabad RMX Regional Perinatal Mərkəzinə daxil olub.

Mayın 20-də saat 14:10-da Ş.Şikalə əməliyyata alınaraq ölü uşaq dünyaya gətirib.

Faktla bağlı araşdırma aparılır.

***

Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, 2005-ci il təvəllüdlü şəxs mayın 19-u saat 17:00 radələrində Ucar Rayon Mərkəzi Xəstəxanasından 32 həftəlik hamiləlik, uşaqlıqla çapıq, ölü döl diaqnozları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Regional Perinatal Mərkəzə təxliyə olunub.

“Zəruri tibbi xidmətlər göstərilən pasiyent üzərində qeysəriyyə kəsiyi əməliyyatı icra olunub və ölü döl xaric edilib. Ölü döl təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, pasiyent hamiləlik müddətində virus infeksiyasına yoluxmasını və 10 gün ərzində bətnində körpənin hərəkətini hiss etmədiyini bildirib.

Əlavə edək ki, hazırda pasiyentin tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.