Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şabranda ağır qəza - 1 ölü, 3 yaralı
 
						Şabranda ağır qəza 
							 - 1 ölü, 3 yaralı
Əlavə olunub: 06.02.2025 | 09:51 | Baxılıb: 994
İyunun 1-nə keçən gecə Şabranda yük avtomobili işıq dirəyinə çırpılıb.

“sirin.az” xəbər verir ki, 1980-cı il təvəllüdlü Özbəy Adəm oğlu Əmirhəmzəyev idarə etdiyi “Qaz 53” markalı avtomobillə Zeyvə kəndində hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb, maşında olan sərnişinlər – 2011-ci il təvəllüdlü Tərlan Əzim oğlu Balaqədəşov, 1975-ci il təvəllüdlü Gülmalı Şahmirzə oğlu Balaqədəşov və 1990-cı il təvəllüdlü Həmid Hikmət oğlu Şıxəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.