Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
 
						Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
Əlavə olunub: 05.07.2025 | 18:07 | Baxılıb: 1416
17 və 18 may tarixlərində ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “sirin.az”ya verilən məlumata görə, monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə 8 may saat 17:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır.

Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.