Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sağlam Azərbaycandan aldığı təklifi niyə rədd edib?
 
						Sağlam Azərbaycandan aldığı təklifi niyə rədd edib?
Əlavə olunub: 05.08.2025 | 10:30 | Baxılıb: 1440
Tanınmış türkiyəli məşqçi Ərtuğrul Sağlam Azərbaycandan təklif aldığını açıqlayıb.

“sirin.az” xəbər verir ki, 55 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunun ötən il baş verdiyini söyləyib.

Sağlam “Kocaelispor”da işlədiyi zaman Azərbaycandan, eləcə də, Türkiyədən təkliflər aldığını etiraf edib: “Bu məsələni gündəmə gətirdinizsə, həqiqəti deyəcəyəm. Mənə Azərbaycandan və Superliqadan təklif gəlmişdi. Lakin bütün diqqətimi “Kocaelispor”a yönəltmişdim və müqaviləmə sadiq qalmaq istəyirdim. Buna görə də həmin təklifləri qəbul etmədim”.

Qeyd edək ki, ötən ilin dekabrında “Kocaelispor”dan ayrılan Ərtuğrul Sağlam hazırda işsizdir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.