Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəhidin bacısı vəfat etdi
 
						Şəhidin bacısı vəfat etdi
Əlavə olunub: 05.30.2025 | 15:43 | Baxılıb: 1621
Vətən müharibəsi şəhidi Alxas Yunusovun bacısı vəfat edib.

“sirin.az” xəbər verir ki, şəhidin bacısı Vəfa Qarayeva 31 yaşında xəstəlikdən ölüb.

Qeyd edək ki, Azərbaycan ordusunun giziri olmuş Alxas Yunusov 1986-cı il yanvarın 18-də Cəlilabad şəhərində doğulub. 2020-ci il sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Ailəli idi, üç övladı qalıb.

O, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Onu da qeyd edək ki, Alxas və Vəfa 11 uşaqlı ailənin övladları olub.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.