Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəkidə arvadının qətlindən sonra qaçan kişi tutuldu
 
						Şəkidə arvadının qətlindən sonra qaçan kişi tutuldu
Əlavə olunub: 06.06.2025 | 09:47 | Baxılıb: 1167
Dünən Şəkidə törədilən qətlin üstü açılıb.

“sirin.az” xəbər verir ki, iyunun 5-i səhər saatlarında Şəkidə qətl hadisəsi baş verib. 34 yaşlı Zəhra Məlik qızı Əliyeva yaşadığı evdə bıçaqla qətlə yetirilib.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs - qadının həyat yoldaşı 1986-cı il təvəllüdlü Həmid Nazim oğlu Əliyev saxlanılıb. Belə ki, cinayətdən sonra o, hadisə yerindən qaçıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyevin yeri müəyyən edilərək saxlanılıb. O, istintaqa təhvil verilib.

Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.