Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) “sirin.az"in sorğusuna cavab olaraq bildirilib ki, təlimatda şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilib:
“Agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb. Şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir”.