Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sürücü oyuncaq silahla təşviş yaratdı - Həbs edildi - Video
 
						Sürücü oyuncaq silahla təşviş yaratdı 
							 - Həbs edildi - Video
Əlavə olunub: 06.02.2025 | 17:58 | Baxılıb: 3471
Sosial şəbəkələrdə paytaxtda avtomobildən silahabənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli “sirin.az”ya bildirib ki, “Hyundai” markalı avtomobildə hərəkət zamanı oyuncaq silahla ətrafda olan insanlarda təşviş və qorxu yaradan 24 yaşlı sürücü müəyyən olunaraq saxlanılıb.

O, inzibati qaydada həbs olunub.

L.İsrəfilli qeyd edib ki, istər real, istərsə də oyuncaq silah vasitəsilə cəmiyyətdə təhlükə və panika yaratmaq hüquqi məsuliyyətə səbəb olur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.