Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sürücülər bu yolda çətin anlar yaşadı - Video+Yenilənib
 
						Sürücülər bu yolda çətin anlar yaşadı 
							 - Video+Yenilənib
Əlavə olunub: 05.08.2025 | 18:18 | Baxılıb: 2135
Bakının Suraxanı rayonu, Yeni Günəşli ərazisində yolda yağış barmaqlıqları yararsız vəziyyətə düşüb. 

“sirin.az” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Kadrlardan da bəlli olur ki, barmaqlıqların yoxa çıxması avtomobillərin hərəkətinə çətinlik yaradıb. Vətəndaşlardan biri isə yoxa çıxmış barmaqlıqların yerinə ağac qoyaraq, avtomobillərin keçməsinə yardım edib.

Suraxanı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən dəmir barmaqlıqlar artıq bəpa olunub.

***

Polisdən bildirilib ki, dəmir barmaqlıqların oğurlanması iddiaları polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin barmaqlıqların yararsız hala düşərək sıradan çıxması müəyyən olunub. Polis əməkdaşları tərəfindən aidiyyəti qurum məlumatlandırmaqla həmin yerdə olan barmaqlıqlar bərpa olunub.

Sözügedən görüntüləri təqdim edirik: 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.