“sirin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Qırmızı Aypara cəmiyyətinin nümayəndəsi Müctəba Xalidi açıqlayıb.
Onun sözlərinə görə, hücuma məruz qalan 12 vilayətdə xilasetmə əməliyyatı davam etdirilir.
***
“NourNews” agentliyinin məlumatına görə, paytaxt Tehranda zərbələr nəticəsində 78 nəfər həlak olub, daha 329 nəfər isə yaralanıb.
Bununla belə, rəqəmlərin rəsmi olmadığı qeyd olunub.