Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“TikTok”da qadınları şantaj edirdi - Polis saxladı
 
						“TikTok”da qadınları şantaj edirdi 
							 - Polis saxladı
Əlavə olunub: 05.30.2025 | 17:22 | Baxılıb: 2430
Paytaxt sakini olan bir neçə qadın polisə müraciət edərək “TikTok”da tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, əks təqdirdə barələrində rüsvayedici məlumat və fotoşəkillər paylaşacağını bildiriblər.

“sirin.az” xəbər verir ki, Binəqədi RPİ-nin keçirdiyi tədbirlərlə sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs - 19 yaşlı Müqdət Nəhmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, M.Nəhmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə həmin qadınlarla əlaqə saxlayaraq şəkillərin silinməsi müqabilində pul tələb edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.