Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tramp Ərdoğanın İstanbul dəvətinə razılıq verib
 
						Tramp Ərdoğanın İstanbul dəvətinə razılıq verib
Əlavə olunub: 06.02.2025 | 23:35 | Baxılıb: 1617
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvətinə müsbət cavab verdiyini, Rusiya və Ukrayna liderləri Vladimir Putin, Volodimir Zelenski ilə İstanbulda sülh danışıqları aparmağa açıq olduğunu açıqlayıb.

“sirin.az” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, Trampın sülh danışıqlarında iştiraka açıq olduğunu, lakin həm liderlərin, həm də tərəflərin bir masa arxasında əyləşmələrini istədiyini bildirib:

“Prezident dəvətə açıq olduğunu bildirdi. Bununla belə, o, həm liderlərin, həm də nümayəndələrin birlikdə masa arxasında əyləşməsini istəyir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında verdiyi açıqlamalarda liderlərin İstanbulda sülh masasında bir araya gəlməyini ən böyük arzusu kimi qiymətləndirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.