“sirin.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb:
“Mən bilirdim ki, indi vaxtdır. Onlar dünyanın, eləcə də Yaxın Şərqin əsl qalibləridir! Hər iki millət öz gələcəklərində böyük sevgi, sülh və firavanlıq görəcək. Onların qazanacaqları çox şey var, lakin həqiqət yolundan azarlarsa, itirəcəkləri çox şey olacaq. İsrail və İranın gələcəyi sərhədsizdir və böyük vədlə doludur. Tanrı hər ikinizi qorusun!”
Qeyd edək ki, bu paylaşımın fonunda İsrail ordusu hazırda bir sıra şəhərlərdə yenidən həyəcan siqnallarının işə düşdüyünü bildirərək vətəndaşları sığınacağa səsləyir.
***
İsrailin “N12” telekanalı bildirir ki, ölkənin müxtəlif bölgələrində bir neçə partlayış baş verib. Məlumata görə, ölkənin cənubundakı Beer Şeva əyalətində raket enişi qeydə alınıb.