Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Uruqvayda matəm elan edildi
 
						Uruqvayda matəm elan edildi
Əlavə olunub: 05.14.2025 | 23:19 | Baxılıb: 2910
Uruqvayın sabiq prezidenti Xose Muxikanın vəfatı ilə bağlı üçgünlük milli matəm elan edilib.

“sirin.az” xəbər verir ki, Montevideoda Muxika üçün hərbi parad keçirilib, Latın Amerikasının müxtəlif ölkələrindən siyasi və ictimai liderlər vida mərasimində iştirak ediblər.

Latın Amerikasının aparıcı solçu simalarından biri və keçmiş partizan döyüşçüsü olan Muxika təvazökar həyat tərzinə görə tez-tez “dünyanın ən kasıb prezidenti” adlandırılırdı.

Onun cənazəsinin Uruqvay Qanunvericilik Sarayındakı İtirilmiş Addımlar Salonunda dövlət mərasimi ilə ictimaiyyətə açılacağı bildirilib. Dəfn mərasiminin mayın 16-da keçiriləcəyi açıqlanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.