Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Vaqa” ev dustaqlığına buraxıldı
 
						“Vaqa” ev dustaqlığına buraxıldı
Əlavə olunub: 05.30.2025 | 14:29 | Baxılıb: 2870
Narkotik ittihamı ilə həbs edilən daha bir tiktoker Vüqar Zeynalzadə (“Vaqa”​) azadlığa buraxılıb.

“sirin.az"in məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi bu dəqiqələrdə iş üzrə dəyişən halları nəzərə alaraq belə qərar çıxarıb.

Vaqa barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib, o məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, tiktoker polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.

Bu maddənin sanksiya həddi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.