Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
 
						Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Əlavə olunub: 05.15.2025 | 11:50 | Baxılıb: 2379
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərli ilə birgə məhkum edilmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov vaxtından əvvəl azadlığa buraxılıb.

“sirin.az"in əldə etdiyi məlumata görə, yerli məhkəmə məhkumun xəstəliyi ilə bağlı belə qərar qəbul edib.

Qərara əsasən, onun qalan 1 il 2 aylıq həbs cəzası şərti hesab edilib, cəzaçəkmə müəsisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Vüqar Səfərli və Nadir Məmmədov 2021-ci ilin yanvarında həbs edilib. Vəzifə cinayətlərində təqsirli bilinən V.Səfərli yekun olaraq 10 il 6 ay, N.Məmmədov 5 il 6 ay azadlıqdan məhrum edilib. Bu iş üzrə yalnız adları çəkilən şəxslər həbslə cəzalandırılıb, digərlərinə şərti cəza verilib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.