Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Xadimə ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxıldı - Yenilənib
 
						Xadimə ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxıldı 
							 - Yenilənib
Əlavə olunub: 05.16.2025 | 10:12 | Baxılıb: 1789
Şamaxı rayonunda bədbəxt hadisə qeydə alınıb.

“sirin.az” xəbər verir ki, mayın 15-i saat 18 radələrində Şamaxı şəhər sakini 1993-cü il təvəllüdlü Günel Yəhyayeva “Megacity” ticarət mərkəzinin 3-ü mərtəbəsinin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilən G.Yəhyayevanın vəziyyəti orta-ağırdır.

Bildirilib ki, G.Yəhyayeva ticarət mərkəzində xadimə kimi çalışır. Hadisə də təmizlik işləri görərkən baş verib.

Faktla bağlı araşdırmalar aparılır.

***

TƏBİB-dən “sirin.az"in sorğusuna cavab olaraq bildirilib ki, mayın 15-i 1993-cü il təvəllüdlü şəxs (qadın cinsli) kəllə beyin travması, oma sümüyünün sınığı, hər iki baldırın açıq sınığı diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. 

Zəruri ilkin tibbi xidmətlərdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.