“sirin.az” xəbər verir ki, 1991-ci il təvəllüdlü Ramilə Bayramova xəstəxanada müayinədən keçərkən həyatını itirib.
Hazırda qadının hansı səbəbdən vəfat etməsi ilə bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, R. Bayramovanın 4 övladı var.
***
TƏBİB-dən bildirilib ki, ötən gün saat 09:30 radələrində 1991-ci il təvəllüdlü şəxs (qadın cinsli) böyrək sancısı və yüksək təzyiq səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Şəkərli diabetin dəqiqləşdirilməmiş ağırlaşması və hipertonik kriz diaqnozu təyin edilən pasiyent kompüter tomoqrafiya (KT) müayinəsi üçün Gəncədə yerləşən özəl tibb müəssisəsinə təxliyə olunub.
Məlumat üçün bildirək ki, sözügedən şəxsin ölümü özəl tibb müəssisəsində qeydə alınıb.
Yunis Quliyev