Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Xırdalanda güclü yanğın oldu - Video - Yenilənib
 
						Xırdalanda güclü yanğın oldu 
							 - Video - Yenilənib
Əlavə olunub: 06.12.2025 | 12:59 | Baxılıb: 4424
Xırdalanda güclü yanğın başlayıb.

“sirin.az” xəbər verir ki, hadisə yerindən səmaya qatı tüstü qalxmaqda davam edir. 

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

FHN-dən bildirilib ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən yanğının yayılmasının qarşısının alınması və söndürülməsi, digər təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində əməliyyat davam etdirilir.

***

Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən FHN qüvvələri tərəfindən tam söndürülüb.







Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.