“sirin.az” xəbər verir ki, bu iddianı azyaşlının anası Gülmirə Əliyeva irəli sürüb.
Onun sözlərinə görə, övladı mağazadan qayıdarkən uca boylu, qara geyimli şəxs əvvəlcə ona suallar verib, daha sonra isə ağzına nəsə sürtüb: “Dünən uşağım mağazaya gedib, qayıdanda arxasınca bir oğlan düşüb. O, əvvəlcə uşağa suallar verib, harada yaşadığını, yaşını soruşub. Daha sonra əlini oğlumun boynuna salaraq digər əli ilə ağzına nəsə sürtüb. Bu zaman uşaq qışqırıb, yerə tüpürüb. Həmin şəxs isə qaçıb. Uşaq oradaca huşunu itirib”.
Bildirilib ki, ətrafdakılar uşağa yardım göstərdikdən sonra o, evə qayıdaraq baş verənləri valideynlərinə danışıb: “Evə gəldi, pis vəziyyətdə idi. Dedi ki, “ana, ürəyim bulanır, başım gicəllənir”, sonra huşunu itirdi. Biz də həkimə apardıq, zəhərlənməyə qarşı sistem köçürdülər. Amma uşaq eyni vəziyyətdədir”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə barədə Yevlax rayon polis şöbəsində araşdırma aparılır.
***
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “sirin.az”ya bildirilib ki, Yevlaxda azyaşlıya narkotik verilməsi iddiaları araşdırılıb. Azyaşlının müvafiq narkoloji tibbi ekspertizadan keçirilməsi təmin olunub. Onda hər hansı narkoloji qalıq aşkarlanmayıb. Araşdırmalarla digər xüsuslar da yoxlanılıb, iddialar təsdiqini tapmayıb.
Daha ətraflı “Xəzər Xəbər”in hazırladığı süjetdə: