Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
10 dəqiqədə 4 trilyon...
 
						10 dəqiqədə 4 trilyon...
Əlavə olunub: 04.10.2025 | 02:46 | Baxılıb: 7279
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Çindən gələn mallara rüsumları 125 faizə qaldırıb, bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bildirib.

“sirin.az” xarici mətbuata istinadən xəbər verir ki, ABŞ fond bazarları Trampın bu qərarlarından sonra 10 dəqiqə ərzində 4 trilyon dollar dəyər qazanıb.

Böyük texnologiya səhmlərinin üstünlük təşkil etdiyi “Nasdaq” indeksi 9,8 faiz artıb.

“Delta Air Lines” və “United Airlines”in hər birinin səhmləri 19 faiz, “American Airlines”in isə 13 faizdən çox artıb.

Amerika pərakəndə satış şirkəti “Walmart”ın səhmləri də 10 faizdən çox bahalaşıb.

“Amazon”, “Meta”, “Nvidia”, “Alphabet”, “Microsoft”, “Apple” ve “Tesla”nın səhmləri qısa müddətdə 6-14 faiz arasında yüksəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.