Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.10.2025 | 10:17 | Baxılıb: 2114
Brilyant qaşların qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

“sirin.az” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. 

Bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn iki vətəndaşın əl yüklərinə baxış keçirilib. 

Yoxlama zamanı sərnişinlərdən birinə məxsus notbuk çantasındakı səsgücləndiricilərin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi ölçüsü 120.49 karat olan brilyant qaşlar, digər şəxsin çamadanından isə həmin qaşlar üçün sertifikatlar və sellofan paketlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.