Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“15 ildir ayrı idik, küsülü deyildik... ” - Video
 
						“15 ildir ayrı idik, küsülü deyildik... ” 
							 - Video
Əlavə olunub: 03.19.2025 | 16:27 | Baxılıb: 4512
“Biz 25 ilin dostları, bir müəllimin (Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadə - red.) tələbələriyik. Mən kişi xeylağıyam. Naz kimə yaraşır? Xanıma yaraşır. Röya nazlı xanımdır. Biz dostuq. Naz edirdi, mən də deyirdim ki, yaxşı edir. Nazı xanım etməlidir”.

“sirin.az” “Olay”a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov qonaq olduğu “Səhər görüşləri” verilişində deyib.

Sənətçi küsülü olduğu Xalq artisti Röya Ayxanla 15 ildən sonra barışmasından danışıb: “Bizim gözəl görüşümüz oldu. Allah Röyanın oğlu Hüseyni qorusun. Röya məni necə çox istəyirsə, mənim doğum günümdə Hüseyni dünyaya gətirib. Biz artıq o yaşda deyilik ki, münasibətlərimiz bir-birimizdən uzaq olsun. Bu mümkün deyil. Biz nə qədər də uzun müddət bir-birimizi görməsək də... Bir deyim var, ətimizi yesək də, sümüyümüzü atmarıq. Biz nə küsülü, nə də ki incikli idik. 15 ildir ayrı idik. Küsülülük yox idi. Mən kişi xeylağıyam. Bizim bu camiyədə aslanın dişisi yoxdur. Röya mərd xanımdır. Bunu isə onu tanıdığım üçün deyirəm”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.