Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
16 ildən sonra Türkiyə Super Liqasına yüksəldilər
 
						16 ildən sonra Türkiyə Super Liqasına yüksəldilər
Əlavə olunub: 04.20.2025 | 13:02 | Baxılıb: 6571
Yeni mövsüm üçün Türkiyə Super Liqasına vəsiqə qazanan ilk komanda bəlli olub.

“sirin.az” “TRT Haber”ə istinadən xəbər verir ki, “Kocaelispor” 1-ci liqada sona 3 tur qalmış bunu bacarıb. 

Komanda növbəti turların nəticələrindən asılı olmayaraq, çempionluğu təmin edib və elitaya vəsiqə qazanıb.

“Kocaelispor” sonuncu dəfə 16 il əvvəl - 2008/2009 mövsümündə Super Liqada çıxış edib.

Həmin mövsüm Azərbaycan milli komandasının sabiq kapitanı, hazırda “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqov da “Kocaelispor”da oynayıb.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan da “Kocaelispor”u 16 ildən sonra Super Liqaya yüksəldiyi üçün təbrik edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.