Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
16 milyard istifadəçi məlumatı sızdırılıb - Xəbərdarlıq
 
						16 milyard istifadəçi məlumatı sızdırılıb 
							 - Xəbərdarlıq
Əlavə olunub: 06.23.2025 | 16:19 | Baxılıb: 2244
Bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktı məlum olub. 

“sirin.az” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, mövcud məlumata görə, bu insident kiberməkanda indiyə qədər qeydə alınmış ən böyük məlumat sızmalarından biri hesab olunur. Sözügedən məlumat bazasında “Apple”, “Google”, “Facebook”, “GitHub”, “Telegram” kimi geniş istifadəçi bazasına malik platformalarla yanaşı, bir sıra sosial şəbəkələr, VPN xidmətləri və dövlət strukturlarına dair istifadəçi məlumatları da yer alır. Bu məlumatlar çoxsaylı zərərverici proqram təminatları (“infostealer”lər) vasitəsilə toplanmış və onların əksəriyyəti ilk dəfə açıq internet mühitində aşkarlanıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə vətəndaşlara ehtiyatlı olmağı, antiviruslardan istifadə etməyi, kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi və saxta domenlər barədə məlumatları isə “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.