Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
17 yaşlı oğlan atdan yıxılıb yaralandı - Yenilənib
 
						17 yaşlı oğlan atdan yıxılıb yaralandı 
							 - Yenilənib
Əlavə olunub: 06.21.2025 | 12:15 | Baxılıb: 1082
Yevlax sakini atdan yıxılaraq ağır xəsarət alıb.

“sirin.az” xəbər verir ki, bədbəxt hadisə rayonun Hacıselli kəndi ərazisində örüş sahəsində baş verib.

Kənd sakini 17 yaşlı Rövşən İsmayılov at belində olarkən müvazinətini itirərək yıxılıb. Müxtəlif dərəcəli xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 20.06.2025-ci il tarixində saat 23:30 radələrində 2008-ci il təvəllüdlü şəxs (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Başın qapalı travması diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir”.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.