Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.15.2025 | 22:51 | Baxılıb: 3223
Ötən gecə Xırdalan şəhəri ərazisindəki parkda 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Elmir Bədirov  bıçaqla qətlə yetirilib.

“sirin.az” “Teleqraf.com”a istinadən xəbər verir ki, hadisə borc üstündə baş verib.

Məlumata görə, Elmir Bədirov Fərid Məmmədovdan ona verdiyi 10 manatı geri istəyib.

Bu səbəbdən aralarında mübahisə yaranıb və dava düşüb.

İddia olunur ki, mübahisə zamanı Fərid Məmmədov bıçaqla Elmir Bədirova bir neçə zərbə endirib.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.